Əsgər Abdullayev, bax və ibrət götür!
23.04.2009 - 11:50
Türkiyə Milli Olimpiya Komitəsi 2008-ci il üçün “Fair play” (“Ədalətli oyun”) mükafatının qaliblərinin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 9 nominasiya üzrə təqdim olunan mükafatlardan birinə Marmaris şəhərinin “Armutalan Bələdiyyəspor” futbol klubunun baş məşqçisi Özkan Akpolat layiq görülüb. O, “Davranış” nominasiyasında fərqlənib.
Belə ki, Akpolat Türkiyə aşağı liqasında keçirilən oyunların birində rəqib komandanın qol vurmasına imkan yaratdığından, “Fair play” mükafatı qazanıb. Bu mükafatın verilməsinə səbəb olan hadisəni baş məşqçi belə nağıl edib: “Dalamanspor”la səfər matçımızın 55-ci dəqiqəsində rəqib futbolçuya qarşı qaydanı pozmuşduq. Oyunçu zədələndiyi üçün yerdə qalmışdı, ancaq onun komanda yoldaşları mübarizəni davam etdirdilər. Elə bu məqamda onlar səhvə yol verdilər və topu yetirmələrim ələ keçirdilər. Mən topla irəliləyən futbolçuma qışqırdım ki, “rəqib oyunçu zədəlidir, yerə yıxılıb, topu auta çıxart”. Lakin futbolçum mənim səsimi eşitmədi və uzun bir ötürmə verdi. Ötürməni qəbul edən digər oyunçumuz isə rəqib qapıçını da keçərək, qol vurdu”.
Akpolatın bundan sonrakı hərəkətləri isə həqiqətən də xoş sözlərə, mükafata layiqdir: “Bu qoldan sonra tribunada oturan azarkeşlər komandama sərt təzyiq göstərdilər. Çünki “Fair play” qaydalarını pozaraq, qol vurmuşduq. Rəqibin baş məşqçisi mənə yaxınlaşıb, “Bu, sizə yaraşmır” dedi. Mən də ona cavabımda dedim ki, “narahat olma, lazım olanı edəcəyəm”. Komandamızın kapitanını yanıma çağırdım və ona bildirdim: “Vurduğumuz qol centlmenliyə uyğun deyil, öz qapımızdan bilərəkdən qol buraxmalıyıq”. Çempionluq uğrunda mübarizə apardığımızdan bəzi oyunçularım bu sözlərimə etiraz etdilər. Ancaq sonradan mənim sözümə qulaq asıb, qapılarından qol buraxdılar”.
“Armutalan Bələdiyyəspor” öz qapısından bilərəkdən qol buraxdıqdan sonra hesab 1:1 olub. Hər halda, final fitinə qədər bu komanda qələbə topunu vurmağı bacarıb - 2:1. Qonaqların qələbəsinə baxmayaraq, məğlubiyyətə düçar olan “Dalamanspor”un azarkeşləri də onları alqışlayıblar. Bu səbəbdən Türkiyə Milli Olimpiya Komitəsi əksəriyyətin tanımadığı “Armutalan Bələdiyyəspor” klubunu nüfuzlu mükafata layiq bilib.
Qeyd edək ki, analoji hadisə az öncə Azərbaycan Premyer Liqasında baş versə də, “Fair play” qaydalarına əməl edən tapılmamışdı. Məlum olaylar aprelin 5-də “Olimpik” -“Bakı” matçında yaşanıb. Bu görüşün 51-ci dəqiqəsində, hesab 1:0 “Bakı”nın xeyrinə olarkən, “Olimpik” “Fair play” qaydalarına zidd hərəkət edərək, bərabərlik qolunu vurub. Həmin epizodda "Olimpik"in hücumçusu Junivan Suaresin cərimə meydançasında zədələndiyini görən “Bakı”nın üzvü Fernando Peres topu bilərəkdən auta göndərib. O, topu yan xətdən çıxarmaqla, "Fair play" qaydalarına uyğun olaraq, Suaresə yardım göstərilməsinə şərait yaradıb. Ancaq Suares az sonra ayağa qalxaraq, oyunu davam etdirəcəyini bildirdiyindən, həkim müdaxiləsinə ehtiyac qalmayıb. "Olimpik"in digər futbolçusu Mahir Şükürov isə topu autdan gözlənildiyi kimi, “Bakı”nın oyunçularına yox, Suaresə ünvanlayıb. Nəticədə Suares qüvvətli zərbə ilə hesabı bərabərləşdirib. Əsgər Abdullayevin rəhbərlik etdiyi “Olimpik” sonradan hesabı 2:1 edərək, rüsvayçılıqla qələbə qazanıb.

0
0