Dünya futbolunda ən maymaq penalti
23.04.2009 - 23:01
İspaniya çempionatının son turunda “Xetafe” klubunun kapitanı Xavyer Kaskeronun “Real”la oyunda yerinə yetirdiyi 11 metrlik cərimə zərbəsi dünya futbolu tarixinin ən pis penaltisi hesab olunub. Apasport.az saytının məlumatına görə, Kaskero həmin penaltini Çexiyanın veteran futbolçusu Antonin Panenkanın üslubunda vurmaq istəyib. Panenka 11 metrlik cərimə zərbələri zamanı həmişə 3 məqama diqqət yetirib: top mərkəzə, yavaş və bicliklə vurulmalıdır. Lakin Kaskeronun cəhdi uğursuz alınıb. O, topa elə maymaqcasına yaxınlaşıb ki, “Real”ın qapıçısı İker Kasilyas rəqibin fəndini dərhal anlayıb. Kasilyas zərbə anında yerindən tərpənməyib və topu asanlıqla tutub.
Buna görə də Panenka Kaskeronun zərbəsini “dünya futbolu tarixinin ən pis penaltisi” adlandırıb. Çexiyalı futbolçu bu üsulun heç də asan olmadığını bildirib: “Adama elə gəlir ki, belə penaltiləri vurmaq asandır. Mən bunu 2 il məşq etmişəm və ilk dəfə 1976-cı ildə keçirilən Avropa çempionatında sınaqdan keçirmişəm. “Panenka üslubu”nda penalti vurarkən, sən nəticəni düşünməməlisən və qapının mərkəzini dəqiq nişan almalısan. Həm də əmin olmalısan ki, qapıçı ya sağ, ya da sol küncə tullanacaq. Kaskeronun isə fikri nəticədə idi. Əgər özündən əmin deyilsənsə, Kasilyas kimi qapıçılara qarşı eksperiment həyata keçirməmək yaxşıdır”.
Qeyd edək ki, “Real”la matçda penaltini məhz Kaskero özü qazanmışdı. Madrid klubunun müdafiəçisi Pepe 87-ci dəqiqədə, hesab 2:2 olarkən, cərimə meydançasında Kaskeronun kürək nahiyəsinə bilərəkdən iki təpik vurmuşu. Hakim Pepeni dərhal meydandan qovmuş və “Xetafe”nin lehinə penalti vermişdi. Lakin Kaskero bu şansdan yaralana bilməyib. Uzatma dəqiqələrində isə öz qapısında daha bir qol görən “Xetafe” məğlubiyyətə düçar olub - 2:3.

0
0