“İnter” - “Xəzər-Lənkəran” oyunu Anar Salmanova tapşırıldı
25.04.2009 - 13:29
“İnter” - “Xəzər-Lənkəran” oyunu Anar Salmanova tapşırıldı
Peşəkar Futbol Liqası “İnter” – “Xəzər-Lənkəran” oyununun hakimlərinin adlarını açıqlayıb. Qurumun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Azərbaycan Premyer Liqasının XXIII turunun bu gün keçiriləcək mərkəz oyunu Anar Salmanova tapşırılıb. Cari mövsüm 13-cü dəfə Premyer Liqa oyununa (daha üç dəfə ölkə kubokunda) təyinat alan 29 yaşlı referi iki həftə əvvəl lənkəranlıların “Neftçi” ilə qarşılaşmasında da fit çalmışdı. Salmanova Mehman Mahmudov, İlham Əliyev və Ceyhun Haşımov kömək edəcək.

Qeyd edək ki, “Şəfa” stadionunda keçiriləcək “İnter” – “Xəzər-Lənkəran” matçı saat 16:00-da başlayacaq.
0