Azərbaycanlı futbolçu Türkiyədə qalmaqalla üzləşdi
27.04.2009 - 09:59
Azərbaycan milli komandasının sabiq futbolçusu İlqar Qurbanov Türkiyə çempionatının birinci dəstəsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi “Boluspor” klubu 32-ci turun “Giresunspor”la ev oyununda 2:1 hesablı qələbə qazanıb.
Komandasının uzatma dəqiqəsində 3 xalı qazandığı görüşün sonlarında Mustafanın əvəzinə meydana çıxan İlqarın oyunu Türkiyə mətbuatı tərəfindən bir ulduzla qiymətləndirilib. Bu qələbədən sonra xal hesabını 53-ə çatdıran Bolu təmsilçisi 4-cü sırada yer alıb. Bununla, İlqarın komandası sona iki tur qalmış Superliqaya vəsiqə uğrunda mübarizənin davam edəcəyi pley-off mərhələsinə vəsiqəni təmin edib.
Qeyd edək ki, “Boluspor” sonuncu dəfə 18 il əvvəl Superliqada mübarizə aparıb. Boluluların “Giresunspor”la görüşü qalmaqalla nəticələnib. Belə ki, hakimin final fitindən dərhal sonra qonaqların futbolçusu Fırat Sezər İlqarın komanda yoldaşı Cem Karqına hücum çəkib. Bu iki oyunçu arasında başlayan dava-dalaş aranın qarımşası ilə nəticələnib.

0
0