Arda Turan: Evlənmirəm, əl çəkin!
07.05.2009 - 13:54
“Qalatasaray” klubunun ulduz futbolçusu Arda Turan maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi “Cim Bom”un Türkiyə Superliqasının cari mövsümündə uğursuz çıxış etməsində bütün futbolçuları günahlandırıb.
O bildirib ki, məsuliyyəti komandanın baş məşqçisi Bülənt Korkmazın üzərinə atmaq düzgün deyil: “Baş məşqçi haqda xüsusi müzakirə açmağa lüzum görmürəm. Korkmazın əlində sehrli çubuq yoxdur ki, 2-3 aya hər şeyi düzəltsin. Onunla gələn il hər şey yaxşı olacaq. Əgər komandamız uğursuzluq yaşayırsa, Korkmaz ən sonuncu günahkardır. Əsas günahkarlar isə biz futbolçularıq”.
“Fənərbaxça” ilə “Əli Sami Yen”də keçirilən derbidə qalmaqal saldığından 3 oyunluq diskvalifikasiya olunmuş Ardanın cəzası artıq başa çatıb: “Cəza müddətim bitdi. Bu həftə baş məşqçim şans versə, oynayacağam. Hər şey keçmişdə qaldı. Superliqada qalan dörd oyunumuzun hamısında qalib gəlmək, avrokuboklara vəsiqə qazanmaq istəyirik. Sona qədər vuruşacağıq. Bəzən futbolda istədiyimizi əldə edə bilmirik. Həmişə uğur qazansanız, bu günlərin anlamı olmaz. Biz bu il uğursuzluq yaşadıq. Tezliklə topalanmağımız lazımdır. Futbol olduqca maraqlı oyundur. Fikir verin, zirvədə olan “Sivasspor” ilə “Beşiktaş” uduzdu. Bunları görəndə üzülürük”.
Gənc futbolçu bu açıqlamaları “Qalatasaray”dakı komanda yoldaşı Hasan Şaşın ailəsinə baş çəkərkən verib. Arda Hasanı ikinci dəfə ata olması münasibəti ilə təbrik edib, onun xanımı ilə görüşüb. Yeri gəlmişkən, Turana şəxsi həyatı ilə də bağlı sual ünvanlanıb. O, nə vaxt evlənəcəyi barədə belə deyib: “Mən indi yalqızam, həyatımda heç kim yoxdur. Uzun müddət də evlənməyi düşünmürəm”.

0
0