“Çelsi” - “Barselona” görüşünün nəticəsi ləğv olundu
07.05.2009 - 23:01
“Çelsi” - “Barselona” görüşünün nəticəsi ləğv olundu
Bukmeker kontorları da Çempionlar Liqasının yarımfinalında baş tutan “Çelsi” - “Barselona” oyununda baş verənlərə biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, Böyük Britaniyanın böyük bukmeker kontorlarından olan Paddy Power Londonda keçirilən görüşünün nəticəsini özü üçün ləğv edib.

Onlar “Çelsi”nin finala çıxacağına pul qoyanların hamısının pulunu geri qaytaracağını bildiriblər. Bununla bağlı bukmeker kontoru rəsmi bəyanat yayıb: “Bu oyunda hakimlik biabırçılıq idi. İstəməzdik ki, bu biabırçılığa görə bizim müştərilər əziyyət çəksin. Kim ki “Çelsi”nin 90 dəqiqədə qələbəsinə, yaxud Çempionlar Liqasının finalına çıxacağına pul qoyubsa, pullarını geri ala bilərlər”.

Qeyd edək ki, “Barselona” oyunun 90+4-cü dəqiqəsində vurduğu topla hesabı bərabərləşdirib (1:1) və səfər qolu sayəsində finala çıxıb.
0