Almanlar Azərbaycanla oyunda braziliyalı hücumçuya güvənəcək?
13.05.2009 - 12:48
Azərbaycanla görüşdə Almaniya yığmasının heyətində yeni futbolçular oynaya bilər. Apasport.az saytının məlumatına görə, bundestimin baş məşqçisi Yoahim Löv “Ştutqart”ın üzvləri – müdafiəçi Kristian Treş və hücumçu Kakaunun adını geniş siyahıya daxil edib. Onlar 2010-cu il dünya çempionatının seçmə mərhələsində milli komandamızla görüşdə iştirak etməyə namizəddirlər.
Növbəti rəsmi oyununu avqustun 12-də Bakıda milli komandamıza qarşı keçirəcək almanlar bu məsul matça hazırlıq məqsədilə Asiyaya yollanacaq. Orada iki yoldaşlıq görüşü keçirəcək Bundestim mayın 29-da Şanxayda Çin, iyunun 2-də Dubayda Birləşmiş Əmirliklərinin qonağı olacaq. Almaniya yığmasının bir sıra liderləri, o cümlədən “Çelsi”də çıxış edən kapitan Mihael Ballak öz klublarında oyunlara görə Asiya səfərini buraxmalı olacaq. Löv ora aparacağı son heyəti mayın 19-da açıqlayacaq.
Qeyd edək ki, Kakau əslən braziliyalı olsa da, heç vaxt öz ölkəsinin yığmasında oynamayıb. Hücumçu yaxınlarda Almaniya vətəndaşlığını alıb.

- “Özünü Kenandan daha dəyərli görürsən?” – “Yuventus”dan Vlahoviçə sərt cavab
- DÇ-də istilər də rəqib olacaq – Norveç millisi ilk siqnalı verdi
- İran millisi DÇ üçün ABŞ vizasına müraciət etdi
- “Beşiktaş”dan dünya çempionuna maraq – Təklif göndəriləcək
- Fatih Terimdən Arda və Kenan proqnozu – “Ballon d'Or qazana bilərlər”
0
0