“Simurq” – “Bney Yehuda” matçının vaxtı müəyyənləşdi
24.06.2009 - 12:28
“Simurq” – “Bney Yehuda” matçının vaxtı müəyyənləşdi
Azərbaycanı Avroliqada təmsil edəcək Zaqatalanın “Simurq” klubunun İsrailin “Bney Yehuda” komandası ilə ev oyununun başlanma saatı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyulun 2-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Avrokuboklarda debüt edəcək “Simurq” azarkeşləri stadiona dəvət edərək, onu dəstəkləməyə çağırır.

Qeyd edək ki, bu, avrokubokların yeni mövsümündə ilk ev oyunumuz olacaq. “Simurq” kimi Avroliqaya mübarizəyə ilk təsnifat mərhələsindən başlayan “İnter” iyulun 2-də Slovakiyanın Trnava şəhərində yerli “Spartak” klubunun qonağı olacaq.
0