Uğursuzluq centlmenləri: Pokora və Sxadadze Azərbaycan futboluna nə verdilər?
10.07.2009 - 11:52
Ölkəmizdə çalışan daha 2 əcnəbi baş məşqçi avrokuboklarda mərhələ adlaya bilmədi. Apasport.az saytının məlumatına görə, gürcü Kaxaber Sxadadze (“İnter”) ilə ukraynalı Roman Pokora (“Simurq”) dünənki biabırçılıqdan sonra uğursuz həmkarları sırasına qoşuldu.
Söhbət türkiyəlilər Rasim Kara ilə Fuad Yaman və ukraynalı İqor Nakoneçnıdan gedir. Düzdür, digər ukraynalılar - Valentin Xodukinlə Anatoli Demyanenko da avrokuboklarda məğlubiyyət acısı dadıblar. Ancaq fərq ondadır ki, onların hər ikisi avrokuboklarda mərhələ adlayıb. Xodukin avrokuboklarda mərhələ adlayan ilk, Demyanenko isə 2 mərhələ keçən yeganə əcnəbi mütəxəssis kimi futbolumuzun tarixinə düşüb. Pokoranın ölkəmizdə avrokubok debütü isə fiasko ilə nəticələndi. Belə ki, 61 yaşlı mütəxəssisin çalışdırdığı komanda hər iki görüşü qol vurmadan uduzdu. Bu azmış kimi, Pokora avrokuboklarda böyük hesabla uduzan ilk əcnəbi mütəxəssis və antirekordçu oldu.
Sxadadzeyə gəlincə, 41 yaşlı gürcü “Spartak”la (Slovakiya) görüşlərdə hələ Bakının “Standard” klubunda rəhbərliyi altında oynayan uruqvaylı hücumçu Anhel Qutyerresin sayəsində qol sevinci yaşasa da, sonda məğlubiyyətlə barışdı. Ötən ayın ortasında “İnter”in sükanı arxasına keçən Sxadadze həm də avrokuboklarda ölkəmizi təmsil edən ilk gürcü məşqçi kimi tarixə düşdü. Əslində, Sxadadze 3 il öncə avrokuboklarda Tofiq Bəhramov adına Respublika stadiona komanda çıxarmışdı. Həmin vaxt Çempionlar Liqasında “Bakı”ya rəqib olan mütəxəssis vətənində çalışaraq Bolnisinin “Sioni” klubunun sükanı arxasında idi. Ancaq Tiflisdəki oyunun fasiləsində “Bakı”nın baş məşqçisi Böyükağa Hacıyevlə arasındakı insidentə görə texniki zonadan çıxarılmışdı. Bu səbəbdən hər iki məşqçi Bakıdakı görüşü tribunadan izləməli olmuşdu.
Sxadadze həmin vaxt da Respublika stadionunda uduzsa (0:1) da, ilk görüşdə 2:0 hesabı qələbə qazandığı üçün mərhələ keçdi. “İnter”lə “Simurq”un bütün oyunlarda uduzduğunu nəzərə alsaq, Sxadadze ilə Pokora ölkəmizin klub səviyyəsində UEFA-dakı reytinqinə xal da gətirmədi.
Təbii ki, avrokuboklarda ölkəmizi əcnəbi məşqçilər yanaşı, əcnəbi futbolçular da təmsil edir. Bunlar arasında “İnter”in yeni transferi Qutyerres “Şəmkir”dəki həmkarları – gürcüstanlı Badri Kvaratsxeliya və ukraynalı Viktor Kulikovun uğurunu davam etdirdi. Belə ki, bu iki hücumçu 9 il öncə avrokuboklarda, konkret Çempionlar Liqasında Latviyanın “Skonto” klubu ilə hər iki oyunda qol vurmuşdu. Qutyerres də Trnavanın “Spartak” klubu ilə görüşlərdə buna nail oldu.
2004/05 mövsümü
UEFA kuboku, ilk mərhələ
“Nistru” (Moldova) – “Xəzər-Lənkəran” (Azərbaycan) – 3:1
“Xəzər-Lənkəran” – “Nistru” – 1:2
Baş məşqçi: Rasim Kara (Türkiyə)
2005/06 mövsümü
İntertoto kuboku, ilk mərhələ
“Karvan” (Azərbaycan) – “Lex” (Polşa) – 1:2
“Lex” – “Karvan” – 2:0
Baş məşqçi: Fuad Yaman (Türkiyə)
2006/07 mövsümü
İntertoto kuboku, ilk mərhələ
“MKT-Araz” (Azərbaycan) – “Tiraspol” (Moldova) – 1:0
“Tiraspol” – “MKT-Araz” – 2:0
Baş məşqçi: İqor Nakoneçnı (Ukrayna)
2007/08 mövsümü
UEFA kuboku, ilk mərhələ
“MKT-Araz” (Azərbaycan) – “Qrotslin” (Polşa) – 0:0
“Qrotslin” – “MKT-Araz” – 1:0
Baş məşqçi: İqor Nakoneçnı
2008/09 mövsümü
İntertoto kuboku, ilk mərhələ
“Neftçi” (Azərbaycan) – “Nitra” (Slovakiya) – 2:0
“Nitra” – “Neftçi” – 3:1
İntertoto kuboku, ikinci mərhələ
“Jerminal” (Belçika) – “Neftçi” (Azərbaycan) – 1:1
“Neftçi” – “Jerminal” – 1:0
İntertoto kuboku, üçüncü mərhələ
“Neftçi” (Azərbaycan) – “Vaslui” (Rumıniya) – 2:1
“Vaslui” – “Neftçi” – 2:0
Baş məşqçi: Anatoli Demyanenko (Ukrayna)
2008/09 mövsümü
Çempionlar Liqası, ilk mərhələ
“İnter” (Azərbaycan) – “Rabotniçki” (Makedoniya) – 0:0
“Rabotniçki” – “İnter” – 1:1
Çempionlar Liqası, ikinci mərhələ
“İnter” (Azərbaycan) – “Partizan” (Serbiya) – 1:1
“Partizan” – “İnter” – 2:0
Baş məşqçi: Valentin Xodukin (Ukrayna)
2009/10 mövsümü
Avroliqa, ilk mərhələ
“Simurq” (Azərbaycan) – “Bney Yehuda” (İsrail) – 0:1
“Bney Yehuda” – “Simurq” – 3:0
Baş məşqçi: Roman Pokora (Ukrayna)
“Spartak” (Slovakiya) – “İnter” (Azərbaycan) – 2:1
“İnter” – “Spartak” – 1:3
Baş məşqçi: Kaxaber Sxadadze (Gürcüstan)

0
0