Privet, privet; poka, poka...
10.07.2009 - 12:50
Sərlövhənin rusca olmasına görə dəyərli oxuculardan üzr istəyirik. Alla Puqaçovanın məşhur mahnısından seçilən bu misra “İnter”lə “Simurq”un Avroliqada qısa və biabırçı turnesinə uyğun gəlir. Dəyərli oxuculardan və azarkeşlərdən bir də ona görə üzr istəyirik ki, “İnter” və “Simurq” qitə miqyaslı yarışlarda 1 həftəyə 4 dəfə məğlub olub, hamının “tərifini” türkün sözü, haqq etdi. Onsuz da bizim futbolda məğlubiyyətdən sonra üzr istəmək mədəniyyətinə, qanacağına, ədəb-ərkanına malik olan şəxslər tək-tükdür. “İnter” və “Simurq” rəhbərlərinin timsalında isə belə jest gözləmək sadəlövhlükdür.
Təqdimata fikir verin: “İnter” Peşəkar İdman Klubu. Heç klubunuzun adı, sözlərin quruluşu ilə fəxr edirsiniz? Sizdə zərrə qədər olsa, peşəkarlıq varmı? Bir adam ki Bolqarıstanda baza direktoru işləyə, ona Azərbaycanda futbol klubunu hansı əsasla tapşırmaq olar? Bəlkə Georgi Nikolov super idarəçidir və idarəetmənin təməl prinsipləri üzrə apardığı elmi araşdırmalarla saç ağardıb? Xeyr, belələri ancaq diş ağartmağı bacarırlar. Azərbaycan futbolundakı məğlubiyyətlər onların vecinə deyil. Onlar xırman üstünə gəliblər. Gəliblər ki, imkanları olduqları qədər özlərinə pul toplayıb, rəhbərliyə minnətdarlıq edib, aradan çıxsınlar...
Niyə “İnter”in prezidentini hədəfə almışıq? Ona görə ki, balıq başdan iylənir. Nikolov kimilərini düz Bolqarıstana qədər qovmaq lazımdır. Bəlkə bundan sonra futbolu dərk edə, Azərbaycan dilinə hörmətlə yanaşa, azarkeşlərin heysiyyatı ilə oynamaya.
Bir klubun ki mətbuat katibi bütün günü əlində fotoaparatla fırlana, onun mətbuatla əlaqəsindən nə gözləyəsən? “Spartak”la oyunöncəsi “İnter” adicə mətbuat konfransı da təşkil edə bilmədi. Səviyyə ki səviyyə. Bir klubda ki qeyri-rəsmi dil rus dilinin Ukrayna şivəsi ola, sizcə, bu təşkilatın Azərbaycana dəxli varmı?
Mənə ən çox təsir edən amillərdən biri də AzTV-də oyunu şərh edən Fikrət Adıgözəllinin bəzək-düzəkli sözləri oldu. Onun rəqib komanda haqqında işlətdiyi sitat: “Spartak” olduqca təhlükəli, istənilən epizodlarda qol vurmaq bacarığına malikdir”. Eşq olsun bu qocaman jurnalistə! Deyəsən, onun xəbəri yox idi ki, Bakıya Trnavanın “Spartak”ı gəlmişdi, Moskvanın yox. Məgər 3 il öncə “Karvan” həm evdə, həm də səfərdə slovakiyalılara dağ çəkməyib? Halbuki, o vaxtkı “Karvan” indiki “İnter”dən zəif idi.
Daha sonra şərhçi təriflərin davamı kimi belə ərz etdi: “İnter” rəhbərliyi çox gözəl təşkilatçılıq sayəsində oyununun əsl bayram abu-havasında keçməsinə nail olub”. Eh Adıgözəlli, Adıgözəlli... 29 minlik stadiona güc-bəla ilə 4753 insanın gəlişi nə vaxtdan bayram sayılır? Azərbaycanda “İnter”i kim sevir, kim??? Bəlkə Adıgözəlli?
Orta xəttində driblinqlər ustası və “Fair play” kralı Mahir Şükürovun yer aldığı “İnter”in futbolçularından da 1-2 kəlmə yazım. Əliyar İsmayılov özündə cəsarət tapsaydı, kapitanlıq sarğısını bir daha qoluna taxmazdı. Sarğını çıxar ver Nikolova, qoy, o, vursun öz qoluna. Müdafiədəki rüsvayçı səhvlərdən sonra 70 yaşlı bədən tərbiyəsi müəllimi Valentin Xodukin, gənc və yetənəkli Elxan Abdullayev və ya məşqçi olmaq istəyən gürcüstanlı Kaxaber Sxadadzedən birini də kapitan seçmək olar. Bir sözlə, Tofiq Bəhramov adına Respublika stadionuna “İnter” oriental rəqs qrupu çıxdı, oynadı, “Spartak”dan üç sillə, 4 təpik alıb, çıxışını bitirdi. Nə etməli, rəqqasələrin də payına hərdən keşməkeşli həyat tərzi düşür.
“Simurq”u isə İsraildə elə uçurdublar ki, indi onları göydə xam göyərçinlərdən ayırd etmək müşkülə çevrilib. Dərinliyinə varanda, “Simurq” özü də Avroliqada xam idi. Zaqatala təmsilçisinin prezidenti Zaur Məmmədov gələn çempionatda “İnter”lə siçan-pişik oyununa son qoymalıdır. Premyer Liqanın 2007/08 mövsümündə “Simurq” - “İnter” matçını xatırlayın. Birinci hissədən sonra “İnter” 1:3 uduzsa da, fasilədən sonra 3 qol vurub, qələbə qazanır. Nə səviyyəsiz ssenaridir! Həmin oyundan sonra məndə belə təəssürat yarandı ki, Məlikməmməd nağılının müəllifi Zaur Məmmədov, “Qırmızı papağ”ı yazan isə Georgi Nikolovdur. Sadəcə, bəzi gözü götürməyənlər bunları xalq nağılı kimi qələmə verib, Məmmədov və Nikolovun müəlliflik hüququnu pozurlar. Ancaq əlahəzrət zaman hər şeyi yerbəyer etdi: Zaur Məmmədov XXI əsrdə daha bəsit ssenarilərin qəhrəmanı olmaqla, potensialını sübuta yetirdi.
Yaşasın, “İnter” - “Simurq” qardaşlığı! Pulsuzluqdan ağlayan “Bney Yehuda” və Avropada qələbəyə həsrət qalan “Spartak” göstərdi ki, iki klubumuz birə dəyməz, biri də heçə... Mövsümlərarası və dövrələrarası fasilədə, xüsusilə legioner transferi zamanı ağzının suyunu tökən klub funksionerləri, Azərbaycanın orta statistik futbol azarkeşlərinin səmimi söyüşlərini lütfən qəbul edin, lütfən... Və etiraf edin ki, buna layiqsiniz!

0
0