ŞOK: Ronaldonun sevgilisi “SPİD”dən öldü
13.07.2009 - 10:48
ŞOK: Ronaldonun sevgilisi “SPİD”dən öldü
Məşhur braziliyalı futbolçu Ronaldo AİDS-dən (“SPİD”) ölüm təhlükəsi ilə üz-üzə qalıb. Lent.az-ın məlumatına görə, ötən il “Yekədiş”in səhərədək kef çəkdiyi 3 transvestit fahişədən biri AİDS-dən ölüb.

“Andreya” ləqəbli 22 yaşlı Andre Albertini Braziliyanın San-Paulu ştatındakı xəstəxanada keçinib. Onun cənazəsi iyulun 12-də torpağa verilib. Bundan sonra Braziliya mətbuatı Ronaldonun da AİDS-ə yoluxma ehtimalının yüksək olduğunu və buna görə də futbolçunun qorxulu günlər keçirdiyini yazıb.

Qeyd edək ki, 3 dəfə dünyanın ən yaxşı futbolçusu seçilən Ronaldo ötən ilin aprelində 3 transvestitlə gecələyib. O, söz verdiyi pulu vermədiyindən, həmin qadınlar polisə şikayət ediblər. Qalmaqalın baş verdiyi vaxt “Yekədiş” İtaliyanın “Milan” komandasında çıxış edirmiş. Məhz bu olaydan sonra Ronaldo Avropa karyerasına son qoyaraq, Braziliyanın “Korintians” klubuna transfer olub.
0