Hamrin: Düşünmürəm ki, “Qarabağ” bizim fikirləşdiyimiz qədər güclü idi
17.07.2009 - 10:31
Hamrin: Düşünmürəm ki, “Qarabağ” bizim fikirləşdiyimiz qədər güclü idi
“Biz bu gün yaxşı oyun göstərə bilmədik. Xüsusilə birinci hissədə zəif təsir bağışladıq”. Apasport.az saytlının məlumatına görə, bu sözləri Norveçin “Rusenborq” klubunun baş məşqçisi Erik Hamrin Avroliqanın ikinci təsnifat mərhələsində “Qarabağ”la (0:0) görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

İsveçli çalışdırıcı “Rusenborq”un doğma meydanda qələbə qazana bilməməsinin səbəblərini açıqlayıb: “Rəqibə burada belə nəticə sərf edirdi. Buna görə də tempi aşağı salmışdılar. Oyunda lazımi sürəti yaratmağı bacarmadıq. Bir neçə aydır ki, bizə xas olan enerji, temperament yoxa çıxıb və bu gün də hiss olunmurdu. Bunun səbəbini isə bilmirəm”.

“Qarabağ” haqqında da danışan Hamrin vurğulayıb ki, rəqib heç də qeyri-adi gücə malik deyil: “Düşünmürəm ki, “Qarabağ” biz fikirləşdiyimizdən güclü idi. Onlar biz gözlədiyimiz kimi idilər və gözlədiyimiz oyunu da göstərdilər”.
0