“Levski” yenə ÇL-də “Bakı”nın yolunu gözləyir
17.07.2009 - 17:55
Bolqarıstanın “Levski” klubu Çempionlar Liqasında (ÇL) ikinci dəfə “Bakı”nın potensial rəqibi oldu. Apasport.az saytının məlumatına görə, Sofiya təmsilçisi üç il öncə bakılıların ÇL-də debüt mövsümündə də onunla görüşə bilərdi. Həmin vaxt “Levski” “Bakı” – “Sioni” (Gürcüstan) cütünün qalibini gözləyirdi.
Tiflisdə keçirilən ilk görüşdə 0:2 hesabı ilə uduzan komandamızın mərhələ adlayacağına inamı böyük idi. Hətta həmin vaxt bakılılar artıq Bolqarıstana viza sifariş etmək haqda düşünürdülər. Ancaq Böyükağa Hacıyevin çalışdırdığı komanda Bakıda mərhələ keçmək vəzifəsini yerinə yetirə bilmədi. “Bakı” Fərid Quliyevin vurduğu qolla 1:0 hesabı ilə qələbə qazansa da, bu, “Levski”yə rəqib olmaq üçün yetərli olmadı. “Sioni”ni də mübarizədən kənarlaşdıran sofiyalılar həmin mövsümdə (2006/07) Çempionlar Liqasının qrup mərhələsinə çıxdı. Ancaq “Barselona”, “Çelsi” və “Verder”lə oyunların hamısında uduzan “Levski” qrup sonuncusu oldu.

- Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
- Rafinya daha 4 il "Barselona"da - RƏSMİ
- Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
0
0