İvan Sayenko milli komandamızla oyuna gəlmir
18.07.2009 - 10:24
İvan Sayenko milli komandamızla oyuna gəlmir
Rusiya yığmasının yarımmüdafiəçisi İvan Sayenko dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanla oktyabrın 14-də Bakıda keçiriləcək rəsmi oyunda iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, Moskva “Spartak”ının şərəfini qoruyan futbolçu ardıcıl ikinci dəfə cərrahiyyə əməliyyatı olunacaq.

İyulun 16-da meniskindən əməliyyat olan İvanın xaçabənzər bağlarının ön hissəsində xəsarət aşkar olunub. O, ikinci dəfə avqustun ortasında əməliyyat olunacaq. Sayenko üçün cari mövsüm artıq başa çatıb və “Spartak”a da yardım edə bilməyəcək. O, iyulun 11-də Rusiya Premyer Liqasının növbəti turu çərçivəsində “Rostov”la görüşdə aldığı xəsarət nəticəsində artıq 28-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə “Spartak”ın heyətində 13 oyun keçirən Sayenko 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, İvan ötən yay Almaniyanın “Nürnberq” klubundan “Spartak”a keçib. O, Rusiya yığmasının heyətində Avropa çempionatının bürünc mükafatçısı olduqdan sonra bu addımı atıb. Milli komandada 13 görüşdə meydana çıxan Sayenko martın 28-də yığmamızla Moskvadakı rəsmi oyunda (2:0) da iştirak edib.
0