Elxan Məmmədov UEFA-da işini davam etdirəcək
23.07.2009 - 11:37
Elxan Məmmədov UEFA-da işini davam etdirəcək
AFFA-nın baş katibi Elxan Məmmədov yenidən UEFA-nın komitəsində yer alıb. Apasport.az saytının xəbərinə görə, UEFA-nın İcraiyyə Komitəsinin bu ay Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən iclasında Məmmədov növbəti dəfə qurumun “Fair Play və Sosial Məsuliyyət” komitəsi sədrinin 2-ci müavini vəzifəsinə seçilib. AFFA-nın baş katibi qitə miqyaslı yarışda UEFA nümayəndəsi kimi iştirak edib.

Qeyd edək ki, 30 yaşlı Məmmədov iki ildir AFFA-da baş katib postunu tutur.
0