Tiaqo Motta “Yuventus"u çalışdıracaq
15.05.2024 - 15:18
Tiaqo Motta “Yuventus"u çalışdıracaq

İtaliya A Seriyası təmsilçisi “Yuventus” yeni baş məşqçi namizədini seçib.

Apasport.az "Corriere della Sera"ya istinadən xəbər verir ki, “Yuventus” artıq "Bolonya"nı çalışdıran Tiaqo Motta ilə razılığa gəlib. 

Klub rəhbərliyi Motta ilə daha bir il uzadılması variantı ilə 2 mövsümlük müqaviləyə razılaşıb. 41 yaşlı mütəxəssis illik 3,5 milyon avro maaş alacaq, lakin hələ imzalar atılmayıb.
 
Qeyd edək ki, hazırda “Yuventus”a Massimiliano Alleqri başçılıq edir.

0