Həmin stadion, həmin hissə, həmin qapı və rekord! - VİDEO
24.07.2009 - 15:44
Milli komandamızın kapitanı Rəşad Sadıqov avrokuboklarda rekord müəyyənləşdirib. Apasport.az saytının hesablamalarına görə, 27 yaşlı müdafiəçi ardıcıl 3 mövsümdür qitə miqyaslı turnirlərdə qol vurur.
16 ildir avrokuboklara qatılan komandalarımızın heyətində belə uğura imza atan futbolçu olmayıb. Sadıqov hər üç halda Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunlarda rəqib qapısına yol tapıb. O, ilk dəfə 2007-ci ildə “Neftçi”nin heyətində UEFA kubokunda “Rid”lə (Avstriya) cavab görüşündə (2:1) fərqlənib. Növbəti il flaqmanla İntertoto kubokunda “Nitra” (Slovakiyanın) ilə ilk oyunda (2:0) qol vurub. Bu dəfə isə “Qarabağ”la Avroliqanın ikinci təsnifat mərhələsində iştirak edən Sadıqov “Rusenborq”la (Norveç) cavab matçında mərhələ adlamağa imkan yaradan gözəl qola imza atıb. Maraqlıdır ki, müdafiəçi bu qolların hamısını ilk hissədə, özü də eyni qapıya vurub.
Ümumiyyətlə, ardıcıl 6 ildir avrokuboklarda oynayan Sadıqov 2004 və 2005-ci illərdə Çempionlar Liqasında “Neftçi” ilə mərhələ adlayıb. 2006-cı ildə isə “Kayserispor”un (Türkiyə) heyətində İntertoto kubokunda buna nail olub.
Avrokuboklarda hesabında 3 qol olan müdafiəçi bununla bombardirlər yarışının lideri Badri Kvaratsxeliyaya yaxınlaşıb. Artıq futbolçu karyerasını bitirən 44 yaşlı gürcüstanlı hücumçu avrokuboklarda “Şəmkir”in heyətində 4 qol vurub. Sadıqov “Qarabağ”dakı komanda yoldaşları – məşqçi Müşfiq Hüseynov və hücumçu Zaur Ramazanov, habelə “Bakı”nın braziliyalı hücumçusu Feliks Felipe Almeydaya çatıb.

0
0