Məhkəmə Stiven Cerrard barədə qərar çıxardı
25.07.2009 - 09:50
Məhkəmə Stiven Cerrard barədə qərar çıxardı
Böyük Britaniya məhkəməsi ötən il dekabrın 28-də barda musiqi nəzarətçisi Markus Makqinini döyməkdə ittiham olunan “Liverpul”un kapitanı Stiven Cerrard barədə qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, ulduz futbolçu hakim tərəfindən günahsız hesab edilib.

29 yaşlı yarımmüdafiəçi Markus Makqini ilə davada özünü müdafiə etdiyini bildirib. Məhkəmə isə Cerrardın bu ifadəsinin əsas götürüb və onu cəzalandırmayıb. İngiltərə yığmasının da şərəfini qoruyan Stiven məhkəmənin qərarından məmnun qaldığını gizlətməyib: “Təbii ki, belə qərar çıxarıldığına görə şadam. Ancaq bu məsələni kənara qoyub, özümü sırf futbola həsr edəcəyəm”.

Xatırladaq ki, Cerrard ötən il dekabrın 28-də Premyer Liqanın XX turu çərçivəsində səfərdə “Nyukasl” üzərində 5:1 hesablı qələbəni qeyd etmək üçün dostları ilə birgə bara gedib. Orada səslənən musiqi futbolçunun xoşuna gəlmədiyindən, “CD player”in nəzarətçisi Markus Makqinidən mahnını dəyişməyi tələb edib. Lakin Makqini imtina etdiyi üçün Stivenin dostları onu döyüb.
0