“Levski” Bakıya çarter reysi ilə gəlir
25.07.2009 - 10:43
“Levski” Bakıya çarter reysi ilə gəlir
“Bakı”nın Çempionlar Liqası üçüncü təsnifat mərhələsindəki rəqibi "Levski" (Bolqarıstan) ölkəmizə çarter reysi ilə gələcək. Apasport.az saytının məlumatına görə, bolqarıstanlılar iyulun 27-də saat 14:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcəklər.

Həmin gün saat 19:45-də “Levski”nin baş məşqçisi Ratko Dostaniç jurnalistlər önünə çıxacaq. “Bakı”nın İnternet saytında bildirilir ki, serbiyalı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat konfransı keçirəcək. Ardından rəqib komandanın üzvləri adıçəkilən stadionda məşq edəcəklər. “Bakı” və “Levski” arasında görüş iyulun 28-də baş tutacaq.
0