“Qalatasaray” rəhbərliyində 3 istefa
25.07.2009 - 11:35
“Qalatasaray” rəhbərliyində 3 istefa
İstanbulun “Qalatasaray” klubunun rəhbərliyində birdən-birə 3 istefa gerçəkləşib. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılılar”ın İdarə Heyətinin üzvləri - Suat Sucuka, Ramiz Orhan Ermeç və Emin Şanlı istefa veriblər.

Bu gözlənilməz addım rəhbərlikdə yeni söz-söhbətlərin yaranmasına səbəb olub. Klubdan gedənlərin yerini İdarə Heyətinin ehtiyat üzvləri Əliyar Dengiz, Cengiz Erden və Hasan Selim Sanverin tutacağı gözlənilir. Lakin bunlardan hər hansısa biri qurumda təmsil olunmağa razılaşmasa, “Cim Bom”da vaxtından qabaq konqres keçiriləcək.
0