Berti Foqts Kamran Ağayevi yığmadan uzaqlaşdırdı
25.07.2009 - 11:49
Berti Foqts Kamran Ağayevi yığmadan uzaqlaşdırdı
“Xəzər-Lənkəran”ın qapıçısı Kamran Ağayev Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışında iştirak etməyəcək. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, baş məşqçi Berti Foqts gənc futbolçunun adını hazırlıq prosesinə çağırdığı siyahıdan çıxarıb.

Buna səbəb Kamranın zədəsinin tam sağalmamasıdır. O, məşqlərini fərdi qaydada davam etdirəcək. Təlim-məşq toplanışı 27 iyul - 6 avqust aralığında Bakıda keçiriləcək. Bu, avqustun 12-də Almaniyaya qarşı dünya çempionatının seçmə oyununa hazırlıq xarakteri daşıyacaq. Çox güman ki, Ağayev almanlarla oyunu da buraxacaq.
0