Almanlarla bacarmadıq...
25.07.2009 - 12:02
Almanlarla bacarmadıq...
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası Polşanın Vrotslav şəhərində keçirilən tələbə futbolçular arasında Avropa çempionatında mükafatçılar sırasına düşmək şansını itirib. Apasport.az saytının məlumatına görə, həmyerlilərimiz 1/4 finalda Almaniya təmsilçisinə uduzublar - 0:3.

Rəqibin heyətində Kristofer Vivell (27-ci dəq.), Fabian Haynts (53-cü dəq.) və Yulian Jayzay (6-cı dəq.) fərqlənib. Üstəlik, Rövşən Hüseynli qırmızı vərəqə aldığından, komandamız oyunun müəyyən hissəsini azlıqda keçirib. Tələbə-futbolçularımız qitə birinciliyində 5-8-ci yerlər uğrunda mübarizə aparacaqlar.
0