“Bakı” ilə oyun ərəfəsində “Levski”də 200 min avroluq qalmaqal!
25.07.2009 - 13:31
“Bakı” ilə oyun ərəfəsində “Levski”də 200 min avroluq qalmaqal!
Çempionlar Liqası üçüncü təsnifat mərhələsinin ilk oyunu ərəfəsində “Levski” rəhbərliyi ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Bolqarıstan klubu qitə miqyaslı yarışda iyulun 28-də “Bakı” ilə oyuna baş məşqçisiz çıxa bilər.

Məsələ burasındadır ki, rəhbərlik Emil Velevlə müqaviləni vaxtından əvvəl pozduğundan, məşqçi 200 min avro təzminat tələb edir. Çalışdırıcının vəkili bildirib ki, “Levski” növbəti matçda baş məşqçisiz qalacaq: “Siz özünüz görəcəksiniz, onlar Bakıda meydana baş məşqçisiz çıxacaqlar”.

“Levski” rəhbərliyi yeni baş məşqçi Ratko Dostaniçi nə Bolqarıstan Futbol Federasiyasında, nə də UEFA-da qeydiyyatdan keçirə bilirlər. Çətin duruma düşən rəsmilər vəziyyəti heç cür yaxşıya doğru dəyişməyi bacarmırlar.

Emil Velev isə inadından əl çəkmək fikrində deyil: “Levski” mənə 200 min avro ödəməlidir. Müqavilədə yazılıb ki, anlaşma vaxtından qabaq pozulacağı təqdirdə, bu məbləğdə təzminat verilməlidir”.
0