Seksual sevgilisinin sayəsində istirahət edən futbolçu – FOTO
25.07.2009 - 13:50
Seksual sevgilisinin sayəsində istirahət edən futbolçu – FOTO
İtaliyanın “Udineze” klubunun futbolçusu Bernardo Korradinin əlinə yaxşı fürsət düşüb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçunun seksual sevgilisi, model Yelena Santarelli ona övlad bəxş edib.

Körpənin doğulması ilə Bernardo “Udineze”nin məşqçi korpusundan icazə alıb. O, yenicə ana olmuş sevgilisini və övladını görmək üçün komandanın təlim-məşq toplanışından bir neçə günlüyə ayrılıb.

Futbolçu Yelena ilə 3 il əvvəl ailə qurmaq istəsə də, sonradan cütlük fikrindən daşınıb. Onların övladları da elə nikahsız dünyaya gəlib.
0