Kerem Aktürkoğlu La Liqa nəhənginin radarında
17.10.2024 - 10:38
Kerem Aktürkoğlu La Liqa nəhənginin radarında

İspaniyanın “Atletiko” klubu “Benfika”nın futbolçusu Kerem Aktürkoğlu ilə maraqlanır.

Apasport.az xəbər verir ki, bu barədə “Diario Gol” nəşri məlumat yayıb.

Madrid klubu qış transfer dönəmində türkiyəli cinah oyunçusunu heyətinə qatmaq istəyir.

Kerem bu ilin yayında “Qalatasaray”dan “Benfika”ya keçib.

O, Portuqaliya klubunda 5 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib. Futbolçunun “transfermarkt”da dəyəri 18 milyon avrodur.

0