PFL təftişə başladı
25.07.2009 - 20:06
PFL təftişə başladı
Peşəkar Futbol Liqası (PFL) Premyer Liqanın yeni mövsümünə hazırlıq çərçivəsində oyunların keçiriləcəyi stadionların təftişinə başlayıb. Apasport.az saytının məlumatına görə, qərb zonasına ezam olunmuş PFL əməkdaşları buradakı stadionların yeni mövsümə ümumi hazırlığından razı qalıb. Mingəçevir, Tovuz, Qazax, Gəncə, Yevlax, Bərdə şəhər və Quzanlı qəsəbə stadionlarında olan PFL əməkdaşları həm stadionların ot örtüyünün, həm də ümumi infrastrukturun Azərbaycan Premyer Liqası və Kubok oyunlarının keçirilməsi üçün uyğun olduğunu qeyd ediblər.
0