“Qarabağ” üçün Albert Tussen
25.07.2009 - 23:53
“Qarabağ” üçün Albert Tussen
Avroliqanın üçüncü təsnifat mərhələsində keçiriləcək “Honka” – “Qarabağ” görüşünün hakimləri bəlli olub. Apasport.az saytının məlumatına görə, iyulun 30-da Finlandiyada baş tutacaq ilk oyunu idarə etmək 33 yaşlı lüksemburqlu Albert Tussenə tapşırılıb. Ona yan xətdə həmyerliləri Fransua Manqen və Antonio de Karolis kömək edəcək. Ehtiyat hakim funksiyasını isə Sven Bindels yerinə yetirəcək.

Avqustun 6-da Bakıda baş tutacaq cavab qarşılaşmasının hakimləri isə hələlik bəlli deyil.
0