“İnter” 2 yeni futbolçu bəyəndi
26.07.2009 - 00:13
“İnter” 2 yeni futbolçu bəyəndi
Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze Bolqarıstanda hazırlıq çərçivəsində yerli "Sportist" ilə oyundan sonra fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, ötən 7 məşq gününün komanda üçün kifayət qədər məzmunlu keçdiyini söyləyən gürcüstanlı çalışdırıcı vurğulayıb ki, iyulun 27-dən etibarən ağır məşqlərin ikinci mərhələsinə start veriləcək. Oyundan razı qaldığını deyən Sxadadzenin fikrincə, futbolçular tapşırıqların yerinə yetirilməsi məsələsində irəliləyişə nail olublar. Baş məşqçi baxışda olan futbolçular - Lyubomir Kupitsa və Eduardo Souza Reis haqqında müsbət rəydədir. Onlarla yanaşı, daha bir braziliyalı futbolçu - Tiago Fernandes Cavalcanti də baxışdadır.
0