Torres Məmmədovu sevindirdi
26.07.2009 - 10:54
Torres Məmmədovu sevindirdi
"Qəbələ" Türkiyə toplanışı çərçivəsində ikinci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, "Kartalspor"la matçda Ramiz Məmmədovun komandası 3:0 hesablı qələbə qazanıb.

İlk qolu birinci hissədə baxışda olan rumın müdafiəçi İosif Kalay vurub. Rəqibə növbəti həyəcanı Kənan Kərimov yaşadıb. Amma 33 yaşlı kapitan gözəl driblinq etsə də, son nöqtəni qoya bilməyib. İkinci hisədə argentinalı Kristian Torres uzaqdan zərbə ilə möhtəşəm qola imza atıb. Sonuncu qolu isə Vladimir Bondarçuk vurub. Qeyd edək ki, ukraynalı yarımmüdafiəçi də hazırda baxışdadır.

0