“Xəzər-Lənkəran”ın sahibi Dekunu Abramoviçdən aldı
26.07.2009 - 12:24
“Xəzər-Lənkəran”ın sahibi Dekunu Abramoviçdən aldı
“Beşiktaş” klubunun rəhbərliyi portuqaliyalı futbolçu Dekunu transfer etmək istəyir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, baş məşqçi Mustafa Dənizli “Çelsi”də forma geyinən məşhur yarımmüdafiəçini komandasında görməkdə maraqlıdır.

Xəbərdə bildirilir ki, Dekunun transferinin reallaşması üçün hətta azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun və “Xəzər-Lənkəran” klubunun sahibi Mübariz Mənsimov da işə qarışıb. Türk jurnalistlər iddia edir ki, Mənsimovun “Çelsi”nin sahibi Roman Abramoviçlə yaxın münasibətləri var və bu səbəbdən rusiyalı milyarder Dekunun “Beşiktaş”da 1 il icarə əsasında oynamasına razılıq verib.

Xatırladaq ki, türkiyəli jurnalistlər az öncə Dekunun “Qalatasaray”a gələcəyini yazmışdı. Deku isə bildirmişdi ki, “Çelsi”dən ayrılmaq fikrində deyil.
0