26 bolqar “komissarı”
27.07.2009 - 10:46
26 bolqar “komissarı”
Sabah baş tutacaq “Bakı” – “Levski” oyununu bolqarıstanlı azarkeşlər də izləyəcək. Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda sofiyalıları 26 azarkeş dəstəkləyəcək.

Amma bu, “Levski” tərəfdarlarının narazılığına səbəb olub. Təyyarə ilə deyil avtobuslarla ölkəmizə axın etmək istəyən bolqarıstanlılar ciddi problemlə üzləşiblər. Oyunu seyr etmək istəyən balkanlılar quru sərhədlərdə viza verilmədiyini biləndə çox məyus olublar. Azərbaycanda vizaların yalnız hava limanında rəsmiləşməsi Türkiyədən sərhədi adlamaq istəyənlərin arzusu da ona görə gözlərində qalıb. Belə vəziyyətdə yalnız klubla birlikdə təyyarə ilə ölkəmizə gələn 26 azarkeş oyunu stadiondan izləyə biləcək. “26-lar” komanda ilə birlikdə beşulduzlu “Kroun” otelində məskunlaşacaq.
0