“Bakı” “Levski”ni keçsə, qrup mərhələsində oynayacaq!
27.07.2009 - 11:40
“Bakı” “Levski”ni keçsə, qrup mərhələsində oynayacaq!
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində qarşılaşacaq “Bakı” – “Levski” cütünün qalibi qrup mərhələsinə vəsiqə qazanacaq. Apasport.az saytının məlumatına görə, bakılılar bu rəqibi sıradan çıxarmaqla, dördüncü təsnifat mərhələsinin nəticəsindən asılı olmayaraq, qrup oyunlarının iştirakçısı olacaq.

Belə ki, yarışların əsasnaməsinə görə Çempionlar Liqasının dördüncü təsnifat mərhələsi komandaların hansı turnirin qrupunda mübarizə aparacağına aydınlıq gətirməlidir. “Levski”ni keçdikdən sonrakı rəqibinə uduzacağı halda, “Bakı” Avropa Liqasının qrup mərhələsində oynayacaq. Əgər hər iki rəqib məğlub edilərsə, təmsilçimiz Çempionlar Liqasının qrupuna düşəcək.

Qeyd edək ki, üçüncü mərhələdə məğlub olan komandalar da Avropa Liqasına, lakin dördüncü təsnifat mərhələsinə yollanacaq.
0