“Kocaelispor” “Bakı”nın futbolçusunu bəyənmədi
27.07.2009 - 11:49
“Kocaelispor” “Bakı”nın futbolçusunu bəyənmədi
“Bakı”nın futbolçusu Ndayisaba Floribert Türkiyənin “Kocaelispor” klubuna lazım olmayıb. Apasport.az saytının məlumatına görə, bakılıların heyətində ötən mövsüm çempion olan 19 yaşlı burundili müdafiəçisi İzmit təmsilçisindən baxışdan uğurla keçməyib. “Kocaelispor”un baş məşqçisi Cihat Arslan Ndayisaba ilə birgə baxışda olan Tayfun Çakıroğlu və Adeolaya da təşəkkür edərək, onları yola salıb. Cihat heyətdəki boşluqları doldurmaq üçün alınacaq oyunçularla bağlı hazırladığı raportu sabah rəhbərliyə təqdim edəcək.

Qeyd edək ki, “Bakı”nın yarımmüdafiəçisi Ramal Hüseynov “Kocaelispor”la ötən ay üç illik müqavilə imzalayıb.
0