“Xəzər-Lənkəran”a gələn yeni futbolçuların adları açıqlandı
27.07.2009 - 16:40
“Xəzər-Lənkəran”a gələn yeni futbolçuların adları açıqlandı
“Xəzər-Lənkəran” təlim-məşq toplanışı üçün yollandığı Avstriyada bu gün ilk yoxlama oyununda qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, Ağasəlim Mircavadovun komandası 3-cü dəstə təmsilçisi “Hallvanq”la (Zalsburq) üz-üzə gələcək.

Gündə iki dəfə məşq edən “Xəzər-Lənkəran” bugünki oyuna baxmayaraq, səhər məşqinə çıxıb. Qarşıdakı matçda Mircavadov ilk növbədə Bakı toplanışında iştirak etmiş futbolçuların xidmətindən yararlanmaq niyyətindədir. Futbolçuların sağlıq durumu qaydasındadır. Yalnız yüngül zədəsi olan Alim Qurbanovla yüngül məqlərlə kifayətlənən Kamran Ağayev “Hallvanq”a qarşı forma geyinə bilməyəcək. “Xəzər Lənkəran”a bir neçə gün öncə qoşulan Rəşad Kərimovun vizası isə sabah hazır olacaq və o yalnız bundan sonra Avstriyaya yollanacaq.

Əvəzində bugünki matçda komandanın düşərgəsində olan iki yeni futbolçunun sınanması mümkündür. Slovakiya millisinin heyətində 5 matç keçirmiş Martin Dyuritsa sol cinah yarımmüdafiəçisi, Hollandiya “Roosendaal”ına məxsus çexiyalı Filip Çlup isə mərkəz yarımmüdafiəçisidir.
0