“Levski” Bakıya 20 futbolçu gətirir
27.07.2009 - 12:23
“Levski” Bakıya 20 futbolçu gətirir
Sabah “Bakı” ilə qarşışacaq Bolqarıstanın “Levski” klubu Azərbaycana 20 futbolçu gətirəcək. Apasport.az saytının məlumatına görə, Sofiya təmsilçisinin yeni baş məşqçisi Radko Dostaniç Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçında 20 oyunçunun yetərli olduğunu düşünür. O, ölkəmizə 3 qapıçı, 4 hücumçu, 5 yarımmüdafiəçi və 8 arxa xətt oyunçusu gətirir. Serb mütəxəssis Andorranın “Sent Culiya” klubu ilə görüşlərdə xoş təsir bağışlayan yerli gəncləri heyətdən kənarda qoyub. Belə ki, İvan Saçev, Aleksandr Kirov və Marian Oqnenov “Bakı” ilə ilk qarşılaşmada oynamayacaq.

Qapıçılar: Georgi Petkov, Bojidar Mitrev, Tsvetan Dimitrov
Müdafiəçilər: Viktor Genev, Jivko Milanov, Yusef Rabeh, Elin Topuzakov, Şakib Benzukan, Veselin Minev, Lusio Vaqner, Yordan Miliyev
Yarımmüdafiəçilər: Georgi Scrmov, Darko Tasevski, Vladimir Qadjev, Ze Soareş, Nikolay Dimitrov
Hücumçular: Deniran Orteqa, Georgi Xristov, Sedrik Bardon, Xristo Yovov
0