Radko Dostaniç: Bakıda yalnız qələbə bizim üçün yaxşı nəticə sayıla bilər
27.07.2009 - 12:38
Radko Dostaniç: Bakıda yalnız qələbə bizim üçün yaxşı nəticə sayıla bilər
“Sabah “Bakı” ilə keçiriləcək qarşılaşmada yalnız qələbə bizim üçün yaxşı nəticə sayıla bilər. Elə məqsədimiz də səfərdə buna nail olmaqdır”. Bu sözləri Bolqarıstanın “Levski” klubunun baş məşqçisi Radko Dostaniç deyib.

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Bakı” ilə üz-üzə gələcək bolqarların serb çalışdırıcısı sabah baş tutacaq ilk oyunda qələbə qazanmaq iddiasındadır: “Komandanı yeni qəbul etməyimlə bağlı heç bir problemim yoxdur. Matça çox yaxşı hazırlaşmışıq. Rəqib haqda da kifayət qədər məlumatım var ki, casuslarım yaxşı işləyə bilib. Biz hələ mövsümə hazırlığı bitirməsək də, “Bakı” ilə görüşlərə hazırıq. Düşünürəm ki, azarkeşlərimizə səfər qələbəsi bəxş edə biləcəyik”.
0