Xristo Yovov: “Bakı” ilə oyunun əhəmiyyətini yaxşı bilirik
27.07.2009 - 13:07
Xristo Yovov: “Bakı” ilə oyunun əhəmiyyətini yaxşı bilirik
“İndi bütün problemlərimiz arxa plana keçməlidir. Biz Bakıdakı oyunun əhəmiyyətini bilirik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bolqarıstanın “Levski” klubunun hücumçusu Xristo Yovov deyib.

Komandasının əsas qol ümidlərindən olan təcrübəli futbolçu Bakıya səfər öncəsi Sofiyada hava limanında bolqar həmkarlarımıza qısaca fikirlərini bildirib. O, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Bakı” ilk oyunda yalnız qələbəyə köklənib: “Bakı”nı keçsək, ən azı birbaşa Avroliqanın qrup mərhələsinə vəsiqəni təmin edəcəyik. Ancaq bu halda, Çempionlar Liqasında çıxışımızı davam etdirib, bu turnirin qrup mərhələsinə yüksəlmək şansımızı artırmış olacağıq. Buna daha çox iddialıyıq və hamımız buna köklənməliyik”.
0