Elin Topuzakov “Bakı”nı yaxşı komanda adlandırdı
27.07.2009 - 13:30
Elin Topuzakov “Bakı”nı yaxşı komanda adlandırdı
“Ötən həftə baş verən baş məşqçi dəyişikliyindən sonra komandamızda gərginlik var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çempionlar Liqasında “Bakı”nın rəqibi olan Bolqarıstanın “Levski” klubunun müdafiəçisi Elin Topuzakov deyib.

Bolqarıstanın yığmasında da oynamış təcrübəli futbolçu komandamızla oyuna 4-5 gün qalmış baş məşqçi dəyişikliyinin pis fəsadlarından çəkinir. Topuzakov Sofiya hava limanında bolqar həmkarlarımıza açıqlamasında sabah Bakıdakı görüşdə qənaətbəxş nəticəyə ümid edir: “Yeni baş məşqçimiz var və Bakıdakı oyun bizim üçün çox vacibdir. Yaxşı komanda olan “Bakı” ilə görüşdə özümüzü göstərməliyik. Səfərdə nəticə əldə etmək üçün çox çalışacağıq. Bu, bizim müəyyənləşdirdiyimiz məqsəddir”.

Qeyd edək ki, “Levski”ni “Bakı” ilə oyunlara çıxaran bolqar mütəxəssis Emil Velev qovularaq, onu serbiyalı həmkarı Radko Dostaniç əvəzləyib.
0