Premyer Liqanın püşkü avqustun 3-də atılacaq
27.07.2009 - 13:35
Azərbaycan Premyer Liqasının püşkatmasının tarixi müəyyənləşib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 2009/2010-cu illər mövsümü təqviminin püşkatma mərasimi avqustun 3-də keçiriləcək. Bu tədbir saat 15:00-da başlayacaq. Avqustun 14-də start götürəcək Premyer Liqanın oyunları bu mövsümdən etibarən cümə, şənbə və bazar günləri keçiriləcək.
Qeyd edək ki, yeni mövsümdə 12 komanda iki mərhələdə mübarizə aparacaq.
Qeyd edək ki, yeni mövsümdə 12 komanda iki mərhələdə mübarizə aparacaq.
0
0