“Levski” göyün yeddinci qatında iclas edib Bakıya düşdü
27.07.2009 - 15:17
“Levski” göyün yeddinci qatında iclas edib Bakıya düşdü
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Bakı”nın rəqibi olan Bolqarıstanın “Levski” klubu Azərbaycana gəlib. Apasport.az saytının məlumatına görə, qonaqları Bakıya gətirən təyyarədə maraqlı hadisə yaşanıb.

Belə ki, Bolqarıstan təmsilçisinin rəhbərliyi havada ikən fövqəladə iclas keçirməyə qərar verib. Klubun sahibi Todor Batkov yeni təyin olunan idman direktoru Georgi İvanovla söhbət edərək, bir sıra məsələləri aydınlaşdırıb. “Levski”nin aparıcı futbolçuları Elin Topuzakov, Xristo Yovov və Georgi Petkov da bu görüşdə iştirak edib. Əsas müzakirə mövzusu “Bakı” ilə oyundakı mükafatın məbləği olub. Futbolçularla rəhbərlik bu məbləği elə təyyarədə razılaşdıra bilib.
0