Berti Foqts milli komandaya yeni futbolçular çağırdı
27.07.2009 - 15:46
Berti Foqts milli komandaya yeni futbolçular çağırdı
Azərbaycan yığması bu gün növbəti təlim-məşq toplnışına başlayıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına veriln məlumata görə, Bakıda keçirilən hazırlıqlara daha üç futbolçu cəlb olunub.

Milli komandanın almaniyalı baş məşqçisi Berti Foqts avqustun 6-dək davam edəcək toplanışda üç gənc oyunçuya da şans verməyi məqsədəuyğun sayıb. O, yarımmüdafiəçi Cavid İmamverdiyev (“Karvan”), müdafiəçi Şəhriyar Rəhimov (“İnter”) və qapıçı Elçin Sadıqovu (“Neftçi”) da hazırlıqlara dəvət edib.
0