Dostaniç: Hakimlərin idarəçiliyinə şərh vermək fikrim yoxdur
28.07.2009 - 22:16
Dostaniç: Hakimlərin idarəçiliyinə şərh vermək fikrim yoxdur
“Oyun ərzində bir neçə dəfə qol vurmaq üçün şanslarımız olsa da, bundan yararlana bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Levski” klubunun baş məşqçisi Ratko Dostaniçə məxsusdur.

Serbiyalı çalışdırıcı Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Bakı” ilə ilk oyunu şərh edərkən bildirib ki, görüş hər iki komanda üçün çətin keçib. O, qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Azərbaycan çempionunun yaxşı oynadığını da söyləyib: “Çətin qarşılaşma idi. Rəqib yaxşı mübarizə aparırdı. Bizim fərqlənmək üçün şanslarımız var idi. Amma həm birinci, həm də ikinci hissədə yaratdığımız şansları qola çevirə bilmədik”.

Dostaniç avqustun 5-də Sofiyada baş tutacaq matçın da çətin olacağını iddia edib: “Növbəti mərhələyə çıxmaq üçün Sofiyadakı matçda azarkeşlərimiz bizə kömək etməlidirlər. Rəqibin heyətində Feliksin zədələnməsinə təəssüflənirəm. Hakimliyə gəlincə, buna şərh vermək fikrim yoxdur”.
0