Azərbaycanlı hakim İtaliya stadionlarında
27.07.2009 - 16:29
Azərbaycanlı hakim İtaliya stadionlarında
FİFA referisi Fariz Yusifov yeni təyinat alıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumatına görə, 37 yaşlı ədalət təmsilçisi 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyunlarında fit çalacaq. Yusifov oktyabrın 23-dən 30-dək İtaliyada keçiriləcək 9-cu qrupun oyunlarında iştirak edəcək hakimlərdən biri olacaq. Bu qrupda İtaliya, Norveç, Moldova və Yunanıstan komandaları mübarizə aparacaq.
0