Lexkosuo: “Qarabağ”ın “Rusenborq”u keçməsi onun gücündən xəbər verir
27.07.2009 - 18:17
Lexkosuo: “Qarabağ”ın “Rusenborq”u keçməsi onun gücündən xəbər verir
“Qarabağ”ın “Rusenborq” kimi komandanı mübarizədən kənarlaşdırması çox şeydən xəbər verir. Axı Norveç təmsilçisi həm keçmişi, həm də bu günü ilə seçilən komandalardan biridir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Finlandiyanın “Honka” klubunun baş məşqçisi Mika Lexkosuo deyib.

Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq skandinaviyalıların çalışdırıcısı Ağdam təmsilçisindən çəkinir: “Qarşıdakı rəqibimizin mərhələ adlaması onun gücündən xəbər verir. “Rusenborq”un Finlandiyada “Tampere Yunayted”i 3:0 hesabı ilə məğlub etməsini yaxşı xatırlayıram. Rəqibimiz isə belə bir komandaya heç Tronheymdə də uduzmadı. “Qarabağ” “Rusenborq”la 2 oyuna 1 qol belə buraxmadı”.

Qeyd edək ki, “Qarabağ” və “Honka” arasında ilk oyun iyulun 30-da Finlandiyada, cavab matçı isə bir həftə sonra Bakıda keçiriləcək.
0