Ratko Dostaniç: Rəqibə hörmət etsək də, Bakıya qələbə qazanmaq üçün gəlmişik
27.07.2009 - 21:27
Ratko Dostaniç: Rəqibə hörmət etsək də, Bakıya qələbə qazanmaq üçün gəlmişik
“Biz rəqibə hörmətlə yanaşırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Levski” klubunun baş məşqçisi Ratko Dostaniç söyləyib.

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində sabah “Bakı” ilə qarşılaşacaq Sofiya təmsilçisinin yeni çalışdırıcısı bildirib ki, son vaxtlar ölkəmizdə futbola edilən dövlət qayğısından xəbərdardır. Oyuna gəlincə, serbiyalı futbolçularıma güvənirəm. Biz Bakıya qələbə qazanmağa gəlmişik”.

Qeyd edək ki, “Bakı” – “Levski” arasındakı ilk qarşılaşmanın start fiti sabah Tofiq Bəhramov adına stadionda saat 20:00-da veriləcək.
0