“Honka” – “Qarabağ” görüşünün yeri dəyişdi
27.07.2009 - 23:00
“Honka” – “Qarabağ” görüşünün yeri dəyişdi
Avroliqanın üçüncü təsnifat mərhələsi çərçivəsində “Honka” (Finlandiya) – “Qarabağ” (Azərbaycan) görüşünün yeri dəyişdirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşma rəqibin təmsil olunduğu Espo şəhərində deyil, paytaxt Helsinkidə keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:30-da "Finnair" stadionunda başlayacaq.
Qeyd edək ki, oyun iyulun 30-da keçiriləcək.
0