“Xəzər-Lənkəran”la “Neftçi” arasındakı fərq
27.07.2009 - 23:03
“Xəzər-Lənkəran”la “Neftçi” arasındakı fərq
Azərbaycanın ən varlı futbol klubu “Xəzər-Lənkəran”dır. Lent.az-ın məlumatına görə, bu barədə Bolqarıstanın “Meridian maç” qəzetində ölkəmizin futbolu haqda “Bir barel futbol” yazısında qeyd olunub.

Qəzet iddia edir ki, “Xəzər-Lənkəran”ın ötənilki büdcəsi 12 milyon dollar olub. “Neftçi” klubunun büdcəsi isə 10 milyon dollar təşkil edib. Paytaxt klubunun rəhbərliyi aparıcı futbolçularına ildə 500 min dollar əmək haqqı verib. Bu baxımdan, bolqar həmkarlarımız ən ödənişli oyunçuların flaqmanın heyətində yer aldığı qənaətinə gəlib. Yazıda “Neftçi” və “Xəzər-Lənkəran”ın büdcələri Bolqarıstanın “Levski”, MOİK və “Liteks” kimi aparıcı klubların büdcələri ilə bərabər qiymətləndirilib.

“Levski”nin Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi “Bakı” klubunun büdcəsi isə 6 milyon dollar göstərilib. Klublarımızın büdcəsinin əsasən neft vəsaitləri əsasında formalaşdırıldığı qeyd olunub.
0