“Xəzər-Lənkəran” Avstriyada ilk qələbəsini qazandı
27.07.2009 - 22:31
“Xəzər-Lənkəran” Avstriyada ilk qələbəsini qazandı
“Xəzər-Lənkəran” Avstriyada təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçında qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Ağasəlim Mircavadovun çalışdırdığı komanda 3-cü dəstə təmsilçisi olan Zalsburqun “Hallvanq” klubu ilə üz-üzə gəlib.

Qarşılaşma lənkəranlıların qələbəsi ilə nəticələnib – 3:1. İLk yarıda Denis Silva və Ruslan Poladov fərqləniblər. İkinci hissədə Kostadin Cambazov daha bir qol vurub. Amma avstriyalılar bu toplardan yalnız birini çıxa biliblər.
0