“Sivasspor” “Neftçi”nin aqibəti ilə üzləşdi - YENİLƏNİB
29.07.2009 - 00:38
“Sivasspor” “Neftçi”nin aqibəti ilə üzləşdi - YENİLƏNİB
Avropa kuboklarında üçüncü təsnifat mərhələsinin oyunları start götürür. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 4, Avropa Liqasının isə 1 qarşılaşması bu gün keçiriləcək.

Azərbaycan çempionu “Bakı”nın “Levski”ni qəbul etdiyi tarixdə həmyerlimiz İlqar Qurbanovun düşərgəsində olduğu “Sivasspor” “Anderlext”in qonağı olacaq. Belçikaya səfər edən türkiyəlilər 4 il əvvəl “Neftçi”ni Brüsseldən 5 cavabsız qolla yola salan adlı-sanlı rəqiblə qarşılaşacaq.

Çexiya və Yunanıstan təmsilçilərinin bu gün keçiriləcək görüşü də az maraq doğurmur. Belə ki, həm “Sparta”, həm də “Panatinaikos” qitədə müəyyən nüfuz sahiblərindəndir. Qazaxıstanda üz-üzə gələn “Aktobe” və “Makkabi” isə nisbətən zəif komandaların duelində münasibətlərini ayırd edəcək.

“Simurq”u Avropa Liqasından kənarlaşdıran “Bney Yehuda” Portuqaliya təmsilçisini qəbul edəcək. İsraillilər “Xəzər-Lənkəran”la bu yay ayrılan Renato Keyruşun uzun illər sıralarında olduğu “Pakuş Ferreyra” ilə üz-üzə gələcək.

Üçüncü təsnifat mərhələsi, ilk oyunlar
Çempionlar Liqası


“Bakı” (Azərbaycan) – “Levski” (Bolqarıstan) - 0:0

“Aktobe” (Qazaxıstan) – “Makkabi” (Hayfa, İsrail) - 0:0

“Sparta” (Çexiya) – “Panatinaikos” (Yunanıstan) - 3:1
QOLLAR: Holenda, 26; Vaçek, 31; Kalouda, 86 - Salpingidis, 67

“Anderlext” (Belçika) – “Sivasspor” (Türkiyə) - 5:0
QOLLAR: Sutter, 17; 76; Boussoufa, 22; Şatel, 32; Frutos, 90.

Avropa Liqası

“Bney Yehuda” (İsrail) – “Pakuş de Ferreyra” (Portuqaliya) - 1:0
QOL: Atar,55
0