“Bakı” qolsuz heç-heçə ilə kifayətləndi
28.07.2009 - 20:53
“Bakı” qolsuz heç-heçə ilə kifayətləndi
Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları start götürür.

Turnirdə ölkəmizi təmsil edən “Bakı” doğma divarlar arasında Bolqarıstanın “Levski” klubu ilə qarşılaşır.

Saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionda başlayacaq oyun saytımızda onlayn şəkildə yayımlanacaq.

Apasport.az saytı sadiq oxucuları üçün görüşdə vurulacaq qollar, ən maraqlı hadisələr, oyundan sonra baş məşqçilərin fikirlərini çatdıracaq.


Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi, ilk oyun

20:00.“Bakı” (Azərbaycan) - “Levski” (Bolqarıstan) - 0:0
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Hakimlər: Sveyn Moen, Daq-Rocer Nebben, Sveyn-İnqe Viken, Kristoffer Helqerunn (Norveç)
Hakim-inspektor: Zoran Petroviç (Serbiya)
UEFA nümayəndəsi: Rayner Kox (Almaniya)

“Bakı”: 1.Marko Şarliya, 2.Rafael Barbosa, 4.Vadim Borets, 5.Stevan Bates, 7.Mahmud Qurbanov, 8.Ernad Skuliç, 9.Felipe Almeyda Feliks, 10.Amiran Muciri, 12.Fernando Peres, 32.Aleksey Savinov, 77.Aleksandr Şoliç

Ehtiyat oyunçular: 13.Aqil Məmmədov, 3.Rafael Əmirbəyov, 20.Fabio Luis Ramim, 21.Aleksandr Tomaş, 30.Vilyam Roşa Batista, 33.Saşa Yunisoğlu, 55.Georgi Adamiya
Baş məşqçi: Qyoko Hacıyevski

“Levski”: 1. Georgi Petkov, 3. Jivko Milanov, 5. Yussef Rabeh, 8. Georgi Sarmov, 10. Xristo Yovov, 11. Elin Topuzakov, 14. Veselin Minev, 17. Deniran Orteqa, 21.Ze Soares, 27.Kedrik Bardon, 45. Vladimir Qadjev

Ehtiyat oyunçular: 12. Bojidar Mitrev, 2. Viktor Genev, 15. Cakib Benzoukane, 24. Nikolay Dimitrov, 25. Lusio Vaqner, 55. Yordan Miliyev, 99. Georgi Xristov
Baş məşqçi: Ratko Dostaniç


Hər iki komanda meydanda son məşqlərini keçir. Tribunalara toplaşan 25 minə yaxın azarkeş indidən Azərbaycan çempionunu dəstəkləməyə başlayıb. Stadionun kənarında isə 3 mindən çox azarkeş var. Polis tribunalarda yer olmadığını əsas gətirərək onları arenaya buraxmır.

Baş hakim və komandalar meydana daxil olur. “Bakı” ağ, qonaqlar sarı geyimdədir.
1. Topa ilk zərbəni qonaqlar vurur.
6. “Bakı” qapıya ilk zərbə vurur. Amma Peresin zərbəsi dəqiq olmur.
7. Oyunda ilk günc zərbəsini qonaqlar yerinə yetirir.
7. Feliksə qarşı kobudluq edilir. Hakim rəqib futbolçuya xəbərdarlıq etmir.
8. Komandamız da küncdən zərbə yerinə yetirir. Ancaq Petkov hesabın açılmasına yol vermir.
10. “Levski”nin uzaqdan qüvvətli zərbəsi qapıdan aralı keçir.
14. Komandamız cərimə zərbəsi yerinə yetirir. Qurbanovun qapı qarşısına havalandırdığı topa futbolçularımız toxuna bilmir.
21. Peresin qapıya başla zərbəsi dəqiq olmur.
23. Qonaqların sağ cinahdan hücumu səmərə vermir. Hakim Feliksə qarşı kobud oynayan Yussef Rabehə sarı vərəqə göstərir.
31. Oyunda ilk real qol vəziyyəti. Ancaq “Levski” bundan yararlana bilmir.
32. Mucuri kobud oynadığı üçün sarı vərəqə ilə cəzalandırılır.
33. Qonaqlar daha bir 100 faizli qol vəziyyətini boşa verir. Orteqanın baş zərbəsi qapıdan azacıq aralı keçir.
35. Qonaqların sol cinahdan növbəti hücumu. Şarliya dəqiq oynayır.
41. Mahmud Qurbanov rəqibə qarşı aşkar kobudluq edir.
45. Şarliya qapıçı meydançasında topu tuta bilmir. Onun səhvini Savinov düzəldir.
Hakim ilk yarıya 1 dəqiqə əlavə edir.
Birinci hissə başa çatdı

İkinci hissə başladı

46. İlk hücum qonaqlardan gəlir. Müdafiəçilərimiz təhlükəni sovuşdurur.
47. Feliksi rəqibin cərimə meydanında yıxırlar. Hakim qaydanın pozulmadığını bildirir.
Həkimlər ağzından ağır zədə alan Feliksə tibbi yardım göstərirlər. Braziliyalı futbolçu meydanın kənara çıxarılıb.
52. Feliks oyunu davam etdirə bilməyəcək. Onu Batista əvəzləyir.
54. Mucuri cərimə zərbəsindən hesabı açmağa yaxın olur. Onun qüvvətli zərbəsini Petkov çətinliklə dəf edir.
58. Batistanın ötürməsindən sonra Mucuru cərimə meydançasından qapıya zərbə endirir. Petkov asanlıqla topu tutur.
67. Boretsin uzaqdan qüvvətli zərbəsi qapının üstündən keçir.
69. Amiran Mucuru meydanı tərk edir. Onun yerinə meydana həmyerlisi Georgi Adamiya çıxır.
72. “Levski”də oyunçu dəyişikliyi.
73. Batistanın qapıya zərbəsi qüvvətli alınmır.
75. Qonaqlar da uzaqdan qapıya zərbə endirir. Amma top qapıdan aralı keçir.
77. Orteqanı Nikolay Dimitrov əvəz edir.
82. Komandamızın heyətində sonuncu dəyişiklik edilir. Qurbanovu Ramim əvəzləyir.
83. Adamiyanın qapıya zərbəsi müdafiəçilərə dəyir.
85. Batista 100 faizli qol vəziyyətindən bəhrələnə bilmir. Ramimin sağ cinahdandan qapı qarşısına ötürməsindən sonra onun başla zərbəsini qapıçı çətinliklə zərərsizləşdirir.
90. Oyunun əsas vaxtı başa çatıb. Hakim əsas vaxta 6 dəqiqə artırıb.
91. Bates rəqibi yıxdığı üçün sarı vərəqə ilə cəzalandırılır.
93. Dimitrovun qapımıza zərbəsi qeyri-dəqiq olur.
94. Viktor Genev Bordonu əvəz edir.
95. Ramim hesabı açmağa çox yaxın olur. Onun zərbəsini qapıçı qaytarır.

OYUN BAŞA ÇATDI
Komandalar arasında cavab oyunu bir həftə sonra Sofiyada baş tutacaq.


Üçüncü təsnifat mərhələsi, ilk oyunlar

“Aktobe” (Qazaxıstan) – “Makkabi” (Hayfa, İsrail) - 0:0

“Sparta” (Çexiya) – “Panatinaikos” (Yunanıstan) - 3:1
QOLLAR: Holenda, 26; Vaçek, 31; Kalouda, 86 - Salpingidis, 67

“Anderlext” (Belçika) – “Sivasspor” (Türkiyə) - 5:0
QOLLAR: Sutter, 17; 76; Boussoufa, 22; Şatel, 32; Frutos, 90.
0